EN

İranda partlayış: 18 nəfər həlak olub, 800-dən çox yaralı var - Yenilənib

İranda

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

"Hazırda Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində dörd nəfərin öldüyü təsdiqlənib", - IRIB telekanalı bildirib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.

***

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.

“İlkin məlumatlara görə, partlayış təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, - limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsindən bildirilib.

Hazırda post öz işini dayandırıb.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər. 

Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib. 

Partlayışın səbəbi araşdırılır. 

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. 

Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

***

İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.(Report)
Chosen
41
50
reyting.az

10Sources