EN

“WUF13 QHT Koalisiyası”nın növbəti onlayn görüşü keçirilib



Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “WUF13 QHT Koalisiyası” növbəti onlayn görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, 30-a yaxın xarici təşkilatın iştirakı ilə keçirilən görüşdə əsas mövzu olaraq “Urbanizasiya və şəhərsalmada yaşayış (housing) məsələləri” müzakirə edilib.

Tədbirdə moderator qismində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, əsas çıxışçılar olaraq Milli Məclisin üzvü AMQF İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, eləcə də Milli Məclisin üzvü, AMQF İdarə Heyətinin üzvü Azər Allahverənov iştirak ediblər. Çıxışlar zamanı Azərbaycanda işğaldan azad edilən ərazilərdə geri qayidan keçmiş məcburi köçkünlərin mənzil və yaşayış hüquqlarının təminatı istoqamətində geniş vüsət alan işlərin aparıldığı, məskunlşma məsələlərində ərazilərin Ermənistan tərəfindən basdırılmış minaların prosesə mənfi təsir etməsi xarici iştirakçıların nəzərinə çatdırılıb.

Görüşdə xarici təşkilatların nümayəndələrindən Şri-Lankanı təmsil edən Lanka Üzvi Kənd Təsərrüfatı Hərəkatının prezidenti Thilak Kariyavasam, Kenyanın Wote Youth Development Projects CBO Kenya təşkilatının rəhbəri Peter Nqola Oviti, Nigeriyanın Təhsil, Səhiyyə və Sosial İnkişaf üçün Qlobal Liderlik Təşəbbüsləri (GLIEHSD) təşkilatının sədri Emmanuel Esio, Hindistanın UDYAMA təşkilatının sədri Pradeep Mohapatra və digər iştirakçılar öz təmsil etdikləri ölkələrdə urbanizasiya və planlaşdırma, əlçatan mənzil və yaşayış məsələləri ilə bağlı, eləcə də şəhərlərdə tullantıların idarə edilməsi, və digər məsələlərlə bağlı fikirlərini bölüşmüş və Koalisiyanın gələcək fəaliyyəti və 2026-ci ildə Bakıda keçiriləcək 13-cц Ümumdünya Şəhərsalma Forumunda (WUF13) QHT-lər tərəfindən müzakirə oluna biləcək məsələlər barədə təkliflər səsləndiriblər.

Süleyman
Chosen
5
newscenter.az

1Sources