EN

Qvardiolanın rekordunu təkrarladı

İspaniya Kral Kubokunun finalında “Barselona” “Real”ı 3:2 hesabı ilə məğlub edərək, titula sahib olub.

Futbolpress.az xəbər verir ki, Hans-Dieter Flik “Barselona” tarixində ilk 3 “El Klasiko”nu qazanan ikinci çalışdırıcı olub. Daha əvvəl buna nail olan yeganə şəxs Xosep Qvardiola idi. İspaniyalı mütəxəssis “katalanlar”ın baş məşqçisi kimi “Real”a qarşı keçirdiyi ilk 5 oyunun hamısında qalib gələrək rekord qırmışdı.

Xatırladaq ki, Flikin “Barsa”sı madridlilərə qarşı son iki matçda 4:0 və 5:2 hesablı qələbə qazanıb.

Chosen
12
8
futbolpress.az

9Sources