Amerikanın "Parade" nəşri psixoloqların köməyi ilə bədbəxt insanların tez-tez işlətdikləri ifadələri müəyyənləşdiriblər.
Publika.az Teleqraf-a istinadla bu ifadələri təqdim edir:
1. “Məndə heç nə alınmır” – Uğursuzluq və ümidsizliyi əks etdirir.
2. “Heç kim məni dinləmir” – Özünü tənha hiss edən və "məni başa düşən yoxdur" düşüncəsində olan insanların sözüdür.
3. “Mənə fərqi yoxdur” – Ruh düşkünlüyünü gizlətmək üçün müdafiə mexanizmidir.
4. “Niyə həmişə mənim başıma gəlir?” – Özünü qurban kimi görənlərin tez-tez dediyi sözlərdir.
5. “Mən heç vaxt kifayət qədər yaxşı olmayacam” – Özünü başqaları ilə müqayisə edən və dəyərsiz hiss edənlərin fikridir.
6. “Şanssızam” – Bütün uğursuzluqları taleyin üstünə atan yanaşmadır.