EN

“Seltik” 55-ci dəfə çempion oldu, əzəli rəqibinə çatdı

Şotlandiya Premyerşipində 2024/2025-ci illər mövsümünün 34-cü turunun “Dandi Yunayted”lə səfər oyunu “Seltik” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “dördyarpaq yoncalar” “Vəhşət”ə beş qol vuraraq, dəhşət yaşadıblar və 55-ci dəfə Şotlandiya çempionu ünvanına sahib olublar.

Komanda cari mövsümün çempionluğu erkən surətdə təmin edib və həmçinin ötən mövsümdən daşıdığı çempion adını müdafiə edib. Artıq ardıcıl 4-cü mövsümdür ki, “Seltik” Şotlandiya çempionatında “lotuluq” edir – 4 çempionluq. Klub hətta ölkə çempionluqlarının sayında əzəli rəqibi “Reyncers”ə çatıb.

34 oyundan 84 xalla “Seltik” Şotlandiya Premyerşipinin yarış cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Şotlandiya çempionatının 128 illik tarixi ərzində “Seltik”in hesabında 55 çempionluqla yanaşı 32 gümüş medal, həmçinin 17 bürünc medal var. “Reyncers” isə eyni sayda çempionluğu müqabilində 36 gümüş medal, həmçinin 20 bürünc medal qazanıb. Qlazqo təmsilçisi sonuncu dəfə 2020/2021-ci illər mövsümündə ölkə çempionu olub, son dörd mövsümdə isə gümüş medalla kifayətlənib.

Əlavə edək ki, çempionluq “Seltik”ə növbəti mövsümün UEFA Çempionlar Liqasının ələmə mərhələsində iştirak imkanı verib.

Chosen
10
arena.az

1Sources