EN

Pentaqon rəhbəri vəzifəsini itirməkdən qorxur

BAKI, 27 aprel. TELEQRAF

Qalmaqallar və Pentaqonda daxili qarşıdurmalar fonunda Pentaqon rəhbəri Pit Heqset öz mövqeyində getdikcə "inamsız" görünür.

Teleqraf xəbər verir ki, bu bardədə "NBC News" iki rəsmiyə istinadən məlummat yayıb .

Kanalın mənbələri bildiriblər ki, Heqset neqativ xəbərlər fonunda prezident Donald Trampın onu “döyüşçü” kimi görməsini istəyir və ictimai çıxışlara daha çox diqqət yetirir. Tramp son telefon danışığında Pentaqon rəhbərinə həyat yoldaşının da daxil olduğu "Signal" messencerində Yəmən əməliyyatı ilə bağlı təfərrüatların göndərilməsini bəyənmədiyini deyib. Buna baxmayaraq söhbətin sonunda ona “mübarizəni davam etdirməyi” tövsiyə edib.

Heqset yaxınlığında işləyən məmurlar onu çətin və "tikanlı" biri kimi təsvir edir. Onların sözlərinə görə, o, işçilərə söyüş söyür və qışqırır.

Chosen
16
teleqraf.com

1Sources