EN

Bakıda itkin düşən qızları evində gizlədənTAKSİ SÜRÜCÜSÜ SAXLANILDI

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Araşdırma DİN-in nəzarətinə götürülüb.

 

**20:56

 

Bakıda itkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

 

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

 

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.


Qeyd edək ki, haqqında söhbət gedən yeniyetmələr dayıqızı-bibiqızıdılar.

Chosen
19
16
senzor.az

10Sources