EN

Super Liqa: “Fənərbağça” Antepdə 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Sivasspor” doğma meydanda “Antalyaspor”u 2 cavabsız qolla məğlub edib. Üç qolun qeydə alındığı “Bodrumspor” – “Samsunspor” görüşündə qonaqlar qalib gəliblər. Səfərdə “Qaziantep”lə üz-üzə gəlmiş “Fənərbağça” da turu inamlı qələbə ilə başa vurub.

33-cü turun qalan görüşləri aprelin 27-də və 28-də keçiriləcək.

Türkiyə, Super Liqa
33-cü tur

25 aprel

Beşiktaş – Hatayspor 5:1
Qollar: İmmobile, 36-pen; 52-pen; 59. Rafa Silva, 53. Arroyo, 78 – A.Parmak, 20.

26 aprel

Sivasspor – Antalyaspor 2:0
Qollar: Radakoviç, 62. Manay, 75.

Bodrumspor – Samsunspor 1:2
Qollar: A.Aslan, 4 – Ntçam, 10-pen. Dimata, 38.

Qaziantep – Fənərbağça 1:3
Qollar: A.Maksim, 13 – Taliska, 68-pen. Dzeko, 69. Fred, 72.

27 aprel

17:00. Konyaspor – Adana Dəmirspor
17:00. Trabzonspor – Alanyaspor
20:00. Eyüpspor – Qalatasaray
20:00. Kayserispor – Rizəspor

28 aprel

21:00. Göztəpə – Başakşəhər

Chosen
16
1
arena.az

2Sources