EN

İtkin düşən dayıqızı-bibiqızıdan - XƏBƏR VAR

Bakının Maştağa qəsəbəsində itgin düşən dayıqızı-bibiqızı olan yeniyetmələr tapılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

***

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

Chosen
14
16
hurriyyet.az

10Sources