EN

Rəşad Sadıqov: Yerli baş məşqçilərimizin gördükləri işlə fəxr edirəm

BAKI. 26 aprel. TELEQRAF

"Yerli baş məşqçilərimizin gördükləri işlərlə fəxr edirəm. Apardıqları iş, göstərdikləri nəticələr qürurvericidir".

Bunu Teleqraf-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

43 yaşlı mütəxəssis konkret misallar da çəkib: "Azər Bağırovun "Kəpəz"də, gənc məşqçilərimizdən əvvəlcə Cavid Hüseynov, daha sonra Elvin Məmmədovun "Səbail"dəgördüyü maraqlı işləri qeyd edərdim. Ayxan Abbasovun "Şamaxı"da və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindəki fəaliyyəti göz önündədir. Yığmaya gəldikdən cəmi 5 gün sonra yoldaşlıq görüşlərindəki nəticələrə nəzər salaq. Yerli səviyyədə heç bir oyun keçirmədən oturuşmuş, aşağı yaş qruplarından gələrək, U-21-də cəmləşmiş Moldovanı yenməsi və Şimali Makedoniya millisi ilə heç-heçəsi sevindirici amildir. Hamını bu cür qeyd edə bilərəm.

Sadıqov qısa müddət çalışmalarına baxmayaraq, yerli məşqçilərə klubların çoxunda şans verildiyini diqqətə çatdırıb: "Əslində faiz nisbəti olaraq, klublarımız daha çox yerli məşqçilərə güvənirlər. Hazırda 2 komandamızın - "Turan Tovuz" və "Sabah"ın baş məşqçisi əcnəbidir".

Chosen
15
teleqraf.com

1Sources