EN

Azərbaycanlı voleybolçu 5-ci dəfə Macarıstan çempionu oldu

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının qalibi olub.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova növbəti uğura imza atıb.

Operativ Media xəbər verir ki, təcrübəli voleybolçu şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" komandası ilə ölkə çempionu olub.

Final mərhələsində "Vasas Obuda" "Bekescaba" klubu ilə qarşılaşıb. Üç oyunun hər birində 3:0 hesabı ilə qələbə qazanan Abduləzimovanın komandası Macarıstan çempionatının qızıl medalına sahib çıxıb.

Bu, Ayşən Abduləzimovanın "Vasas Obuda" ilə qazandığı beşinci çempionluq tituludur.

Chosen
14
operativmedia.az

1Sources