EN

Dəniz quldurları 12 nəfəri girov götürdü

BAKI, 26 aprel. TELEQRAF

Dəniz quldurları Nigeriya sahillərində sərnişin gəmisinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Leadership” qəzeti məlumat yayıb.

Bildirilir ki, "Heavenly Grace"in sərnişinlərinə hücum Kross-River əyalətindəki Kalabar limanı yaxınlığında baş verib.

Hücumçular gəmini ələ keçirib, sərnişinlərə onlara məxsus qayıqlara keçməyi əmr ediblər. Daha sonra onlar naməlum istiqamətdə yoxa çıxıblar.

Piratlar 12 nəfərdən çox adam girov götürüb. Onlar həmçinin gəmidə olan qiymətli əşyaları ələ keçiriblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları girovların azad edilməsi üçün çalışır.

Chosen
26
teleqraf.com

1Sources