EN

Gəncədə 31 yaşlı qadını MAŞIN VURDU

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin yaşayış qəsəbələrindən birinə yaxın küçədə qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən, 1994-cü il təvəllüdlü Rəqsanə Zeynalovanı vurub. Xəsarət alan 31 yaşlı qadın xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
74
18
bizim.media

10Sources