EN

Luis Enrike “Nitsa”ya ev məğlubiyyətini şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 31-ci turunda “Nitsa” ilə ev oyunundakı gözlənilməz məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, cari mövsümün çempionu adını daşıyan PSJ 1:3 hesabı ilə məğlub olub.

Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər şeydən öncə, “Nitsa”nı təbrik etmək istəyirəm. Onlar yüz faizlik səmərə nümayiş etdirdilər. Onlar birinci hissədə bizim qapımıza bircə dəfə yaxınlaşdılar və qol vurdular. Ardınca onların iki fürsəti oldu – onlar çox yüksək səmərə nümayiş etdirərək, bunu da gerçəkləşdirdilər.

Nəticənin ədalətli olduğunu düşünmürəm. Biz bütün oyun ərzində yaxşı oynayırdıq. Fasiləyə qədər biz heç-heçə ilə müqayisədə daha artığına layiq idik. İkinci hissədə isə rəqibin ilk fürsətindən sonra qol buraxdıq. Gözlənilməz nəticədir, ancaq belə də olur. Biz rekordları qırmağa davam etmək istəyirdik, amma bunu (məğlubiyyətsiz çempionat mövsümü – redaktotun qeydi) daha əldən verdik. Ancaq bu, bizim tapşırığımızı – UEFA Çempionlar Liqasının finalına çıxmaq hədəfini dəyişmir”, – “Ekip” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Əlavə edək ki, cari mövsümün çempionluğunu erkən surətdə təmin etmiş PSJ yerli liqada ilk məğlubiyyətini almış olub.

31 oyundan 78 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Nitsa” isə 54 xalla 4-cü pillədədir.

Chosen
19
arena.az

1Sources