EN

Azərbaycan və Pakistanın XİN başçıları telefonda danışıb


Xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
“Söhbət zamanı iki ölkə liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə sonuncu yüksəksəviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Chosen
14
43
yeniavaz.com

10Sources