EN

Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb

Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tədbiri 250 min nəfər canı olaraq izləyib.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunub.

*** 12:19

5 gün əvvəl vəfat edən Roma Papası Fransisk ilə vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, mərasim Vatikanda keçirilir. 

Bu barədə xarici mətbuat məlumat yayıb. Qeyd edilib ki, dəfninə minlərlə dindar və 50-ə yaxın dünya lideri gəlib.

Bunlar arasında ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya, 10 taclı şəxs, Braziliya rəhbəri Lula da Silva, Fransa prezidenti Emmanuel Makron və Ukrayna lideri Vladimir Zelenski  və digərləri olublar. 

İbadətə kardinallar kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edir.

Chosen
78
50
far.az

10Sources