Müğənni Əli Mirəliyevin son durumu açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sənətçinin qızı Samirə Mirəliyeva atasının vəziyyəti qənaətbəxş olduğunu qeyd edib:
"Reanimasiyadan çıxarıb palataya köçürdülər".
*** 09:06
Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a açıqlama verib:
"Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar", - deyə sənətkarın xanımı bildirib.