EN

Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik

Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb.

"Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır", - deyə dövlət başçısı qeyd edib.

Prezident proaktiv olmağa, yəni öncədən tədbir görməyə davam etməyin vacibliyin də vurğulayıb:

"Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim".

Chosen
0
5
publika.az

9Sources