Pakistan Pahalqam hücumu ilə bağlı istintaqda iştiraka açıqdır.
Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Şahbaz Şərif deyib.
“Pakistan istənilən neytral, şəffaf və etibarlı istintaqda iştiraka açıqdır”, - baş nazir bəyan edib.
Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıb. KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” qruplaşması ilə əlaqəli olan Əfqanıstanın “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.