EN

Roma Papasının VİDA mərasimindən - CANLI

Xəbər verildiyi kimi aprelin 21-də vəfat edən Roma Papası Fransisklə vida mərasimi keçirilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Romada yerləşən Santa Maria Maggiore kilsəsində keçirilir.

Mərasimdə izdiham yaşanır. 150 minə yaxın dindar Papa Fransisklə vidalaşmaq üçün aprelin 25-i cümə günü günorta saatlarında Romadakı Müqəddəs Pyotr Bazilikasına gəlib.

Vida mərasimindən sonra papanın cənazəsini daşıyan kortej Roma küçələri ilə hərəkət edəcək. Vatikanın açıqladığı siyahıya əsasən, dəfn mərasimində müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan 160-dan çox nümayəndə heyəti iştirak edəcək.

İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir./Bizim.Media


Chosen
47
1
news24.az

3Sources