EN

Qvardiola De Bruynenin müqavilə açıqlamasını şərh etməkdən yayınıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola daha əvvəl klubun müqaviləni yeniləməməsindən şoka düşdüyünü deyən yarımmüdafiəçi Kevin De Bruynenin sözlərini ətraflı şərh etməkdən imtina edib. 

90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

 “Mən artıq [De Bruyne ilə müqaviləni uzatmamağın] səbəbini izah etmişəm"

33 yaşlı futbolçu cari mövsümün sonunda "Siti"ni tərk edəcək.

Daha əvvəl ispaniyalı mütəxəssis 33 yaşlı yarımmüdafiəçi ilə əmək müqaviləsinin uzadılmamasının futbolçunun deyil, klubun qərarı olduğunu bildirmişdi. 

De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 417 matçda iştirak edib, 107 qol vurub və 177 məhsuldar ötürmə edib.

 

Chosen
9
90deqiqe.az

1Sources