EN

6,3 bal gücündə zəlzələ Ekvadoru silkələyib

BAKI, TurkicWorld

Ekvadorda baş verən zəlzələdə 20 nəfər xəsarət alıb

TurkicWorld xəbər verir ki, Ekvadorun Esmeraldas əyalətində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb.

Risklərin İdarə Edilməsi üzrə Milli Katibliyin (SNGR) açıqlamasına görə, zəlzələ Eloy Alfaro, Atacames, Muisne, Quininde, Rio Verde və San Lorenzo şəhərlərində güclü hiss edilib. Səlahiyyətlilər 60 binada çatların yarandığını bildirib, lakin ciddi dağıntı və can itkisi qeydə alınmayıb.

Qeyd edək ki, Ekvador seysmik cəhətdən aktiv olan “Sakit okean od halqası” zəlzələ zonasına daxildir və ölkədə güclü zəlzələlər tez-tez baş verir.

Chosen
8
turkic.world

1Sources