Goranboyda yol qəzası baş verib.
Referans xəbər verir ki, Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bak-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1978-ci il təvəllüdlü Rəcəb Məmmədovun idarə etdiyi "Mitsubshi" markalı avtomobilin idarəetməsini itirib və maşın ağaca çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Yaralının vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Faktla bağlı araşdırma başlanılıb.