EN

Rafinya "Barselona"nın təklifindən razı deyil

"Barselona" vingeri Rafinya ilə yeni müqavilə bağlaya bilmir.

90deqiqe.Az “ Sport.es”ə istinadən xəbər verir ki, danışıqlar zamanı müqavilədəki iki bənd braziliyalı futbolçunu qane etməyib.

Rafinya yeni müqavilənin uzunluğundan və maaşının böyüklüyündən razı deyil. "Barsa" oyunçuya 1+1 müqavilə təklif edir, braziliyalı isə dərhal yeni iki illik müqavilə almaq istəyir.

28 yaşlı futbolçu ilə "blauqrana"nın hazırkı müqaviləsi 2027-ci ildə başa çatır. Rafinya bu mövsüm "Barselona"da 49 matçda iştirak edib. Cinah müdafiəçisi 30 qol vurub və 23 məhsuldar ötürmə edib.

Chosen
16
90deqiqe.az

1Sources