EN

Bu ölkədə 6,3 bal gücündə zəlzələ oldu

Cənubi Amerika ölkəsi Ekvadorda rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti açıqlama verib. Açıqlamaya görə, zəlzələnin episentri Esmeraldas əyalətinin 20 kilometr şimal-qərbində yerin 35 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ zamanı tələfat və ya dağıntının baş verdiyi barədə məlumat daxil olmayıb. Məlumata görə, sunami xəbərdarlığı elan edilməyib.

Qeyd edək ki, Ekvador seysmik aktivliyin intensiv olduğu “Sakit okean odlu qövsü” adlanan zəlzələ zonasında yerləşir. \\Metbuat.az

Chosen
2
10
hurriyyet.az

10Sources