EN

Rumıniya Azərbaycandan məhsul alışını iki dəfədən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rumıniya arasındaticarət əməliyyatlarının həcmi 244,2 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 129,5 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə Rumıniya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,03%-i həcmində olub. Bununla daRumıniya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədəqərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 227,8milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 127,6 milyon ABŞ dolları və ya 2,3 dəfəçoxdur.

Eyni zamanda, hesabat dövründə Rumıniyadan Azərbaycana 16,4milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ABŞ dolları vəya 13,2% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Chosen
67
12
az.trend.az

10Sources