Azərbaycan ərazisində aprelin 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısa müddətə tutulacağı gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer tÉ™zyiqi 755 mm civÉ™ sütunundan 751 mm civÉ™ sütununa enÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecÉ™ 13-17° isti, gündüz 22-27° isti, daÄŸlarda gecÉ™ 5-10° isti, gündüz 15-20° isti olacaq.