EN

Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalanıb

Çin

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində 6 mühüm sənəd imzalanıb. ÇinBu sənədlər günəş, külək və enerji saxlanc sistemləri üzrə ümumilikdə 392 MVt gücündə layihələri əhatə edir. Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb. Stansiyanın 2026-cı ildə istismara verilməsi və ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur. Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” arasında Xəzər dənizində minimum 2 QVt gücündə külək elektrik stansiyasının inkişafı üzrə İcra müqaviləsi imzalanıb. Digər bir sənəd isə “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC ilə birgə, Böyükşor gölündə 100 MVt gücündə üzən günəş stansiyası və 30 MVt batareya enerji saxlanc sisteminin inkişafını nəzərdə tutur.“PowerChina Resources Limited” və “SOCAR Green” MMC ilə birgə imzalanmış müqavilə 160 MVt gücündə günəş elektrik stansiyasının inkişafını nəzərdə tutur.Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” Xəzər dənizində 2 QVt gücündə külək enerjisi layihəsinin inkişafı üzrə Anlaşma Memorandumu imzalayıblar. Digər Anlaşma Memorandumu isə Energetika Nazirliyi ilə Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında imzalanıb.✍️ "Ulusum".az

Diqqət Çəkənlər

İstanbulda 6,2 bal gücündə zəlzələ olub

"Üzündə var bir cüt xal"- Gözəllik simvolu, yoxsa?...

Pakistanlı jurnalist Malik Ayub Sumbal Azərbaycanda səfərdədir

Chosen
31
50
ulusum.az

10Sources