EN

Birinci rübdə özəl sektorun ixracda payı 10%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan məhsul ixracınınhəcmi 6,4 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, özəl sektorun ixracda payı 3,4 milyard ABŞdolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 311milyon ABŞ dolları, yaxud da 10,1% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan özəlsektor tərəfindən 3,1 milyard ABŞ dolları dəyərində məhsul ixracedilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Chosen
44
12
az.trend.az

10Sources