EN

Birinci rübdə fiziki şəxslərin ixracda payı 4 milyon dollardan çox azalıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan məhsul ixracınınhəcmi 6,4 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, fiziki şəxslərin ixracda payı 21,7 milyon ABŞdolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3milyon ABŞ dolları, yaxud da 16,5% azdır.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan fizikişəxslər tərəfindən 26 milyon ABŞ dolları dəyərində məhsul ixracedilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Chosen
44
12
az.trend.az

10Sources