PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Avropanın top 5 liqası tarixində ən uzun səfər seriyası rekordunu dəyərləndirib.
Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" məlumat yayıb.
Çərşənbə axşamı, aprelin 22-də parislilər Fransa çempionatının təxirə salınmış 29-cu turunda "Nant"la heç-heçə edib (1:1). PSJ ardıcıl 39 oyundur (30 qələbə, 9 heç-heçə) səfərdə məğlubiyyətsizdir. Onlar "Milan"ın 1993-cü ildəki rekordunu geridə qoyub.
"Milan"ın rekordunu qırmaq xüsusi bir şeydir, heyrətamizdir. Bu seriya Kristof Qaltye ilə başlayıb. Bugünkü nəticədən başqa hər şey əladır. Biz qalib gəlmək istəyirdik".
PSJ bu mövsüm vaxtından əvvəl Fransa çempionu olub. Turnirin bitməsinə dörd tur qalmış komanda 78 xalla Liqa 1-də birinci yerdədir.