EN

Kreml Uitkoffu gözləyir: səfər nə vaxt olacaq?

Kreml

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Jurnalistlərin Uitkoffun gəlişinin gözlənilən olub-olmaması ilə bağlı sualına Uşakov qısa cavab verib: “Gözləyirik”.

Qeyd edək ki, 23 apreldə Londonda ABŞ, Fransa, Britaniya və Ukrayna rəsmilərinin görüşündən sonra Uitkoffun yeni təkliflərlə Moskvaya səfər edə biləcəyi haqda məlumat yayılmışdı.

Chosen
170
1
xalqcebhesi.az

10Sources