EN

Roy Kin: “O, “Liverpul”dan getsə, sanki dünya dağılacaq”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin müdafiəçi Trent Aleksander-Arnoldun “Liverpul”dan ayrılmaq istəməsinə şərh verib.

Arena.az xəbər verir ki, 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisinin yayda “qırmızılar”dan ayrılıb “Real”a keçəcəyi haqda xəbərlər dolaşır.

İrlandiyalı əfsanə bu xəbərləri belə şərh edib:

“Təəccüblüdür ki, Trentlə bağlı danışıqlar elə məqamda cərayan edir ki, əgər o, “Liverpul”dan getsə, sanki dünya dağılacaq. Nəhayətdə, “Liverpul”dan Trentdən də yaxşı oyunçular gediblər. Buna baxmayaraq, həmişə hər şey yaxşı olub”, deyə Roy Kin vurğulayıb.

Xatırladaq ki, Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 350 oyun, 23 qol və 90 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Chosen
30
7
arena.az

10Sources