EN

Kevin De Bröyne MS rəhbərliyinin qərarından sarsılıb

Məlum olduğu kimi, “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne cari mövsümün sonunda “şəhərlilər”dən ayrılcaq.

Arena.az xatırladır ki, müvafiq qərarı klub rəhbərliyi verib və belçikalı futbolçunu bu haqda məlumatlandırıb.

De Bröyne bu barədə eşidəndə keçirdiyi duyğularını paylaşıb:

“Bu, kiçicik bir sarsıntı idi. Bütün il ərzində mən onlardan heç bir təklif almamışdım və klub qərar qəbul etdi. Əlbəttə, mən azacıq təəccübləndim, amma mənə, bununla barışmaq qaldı. Düzünü desəm, mən hələ də düşünürəm ki, bu səviyyədə, indiki kimi çıxış edə bilərəm, amma başa düşürəm ki, qərarı klublar qəbul etməlidirlər”, – “The Sun” nəşri belçikalı futbolçudan sitat gətirir.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 34 oyun keçirib, 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 416 oyun, 107 qol və 177 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Chosen
34
3
arena.az

4Sources