EN

Göygöldə maşın aşdı: Sürücü xəsarət aldı

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, qəza rayonun Aşıqlı kəndi ərazisində baş verib.

Göyçəkənd sakini Ramin İsayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən maşın aşıb.

İlkin ehtimallara görə, qəza nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Chosen
8
1
news365.az

2Sources