EN

​​​​​​​Mütəxəssislər arıqlamaq istəyənlərə bu təbii məhsulu tövsiyə edir: Qatıqdan daha çox probiyotik ehtiva edir

​​​​​​​Mütəxəssislər arıqlamaq istəyənlərə bu təbii məhsulu tövsiyə edir:

Son illərdə təbii sağlamlıq vasitələrinə artan maraq fonunda, ana sirkəsi sağlamlıqsevərlər arasında xüsusi populyarlıq qazanıb. Bu məhsul yalnız sirkənin içində yaranan təbii geləbənzər maddə olmaqla qalmır, həm də tərkibində qatıqdan belə çox probiyotik saxlayaraq immun sistemini gücləndirir, həzmi tənzimləyir və maddələr mübadiləsini sürətləndirir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər ana sirkəsini sağlam və təbii şəkildə çəkiyə nəzarət etmək istəyənlərə tövsiyə edir.

Təbii immunitet dəstəyi

Ana sirkəsinin əsas üstünlüklərindən biri də güclü probiotik təsiridir. Bu faydalı bakteriyalar bədəndə sağlam mikrofloranı dəstəkləyərək immun sisteminin güclənməsinə kömək edir. Mütəmadi istifadə orqanizmin infeksiyalara qarşı müqavimətini artırır və ümumi sağlamlığı yaxşılaşdırır.

Həzm sisteminə dəstək

Ana sirkəsi, xüsusilə həzmsizlik, şişkinlik və qəbizlik kimi problemlərlə mübarizədə təsirli ola bilər. Tərkibindəki probiotiklər və fermentlər sayəsində həzm sistemindəki balansı qoruyaraq bu problemlərin qarşısını almağa yardımçı olur.

Arıqlamağa kömək edir

Maddələr mübadiləsini sürətləndirən xüsusiyyəti ilə ana sirkəsi arıqlamaq istəyənlər üçün faydalı bir seçimdir. Yağ yandırılmasını dəstəkləyir və orqanizmin enerji sərfini artıraraq çəkiyə nəzarəti asanlaşdırır.

Antioksidant təsir və xərçəng riskinin azaldılması

Sirkə anası sərbəst radikallara qarşı güclü antioksidant müdafiə təmin edir. Bu xüsusiyyət orqanizmdə hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəng riskini azalda bilər.

Qan şəkərinin tənzimlənməsi

Diabetlə mübarizədə də ana sirkəsi yardımçı ola bilər. Araşdırmalara görə, bu təbii məhsul insulin həssaslığını artırır və qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir. Bu da xüsusilə şəkər riski olan insanlar üçün önəmlidir.

Ürək sağlamlığı üçün faydalar

Ana sirkəsinin tərkibi ürək-damar sağlamlığını qorumaqda da rol oynayır. Qan təzyiqinin tənzimlənməsinə və xolesterin səviyyəsinin azaldılmasına dəstək verir. Beləliklə, ürək xəstəlikləri riskini azalda bilər.

Dəri sağlamlığına töhfə

Tərkibindəki faydalı vitamin və minerallar sayəsində ana sirkəsi dəriyə də müsbət təsir göstərir. Dəri quruluğu, qırışlar və sızanaq kimi problemlərin yüngülləşdirilməsində istifadə oluna bilər.

Necə istifadə olunmalıdır?

Ana sirkəsi birbaşa çeynənə bilər və ya su, meyvə suyu, qatıq kimi içkilərlə qarışdırılaraq qəbul edilə bilər. Gündə 1-2 xörək qaşığı miqdarda istifadə edilməsi tövsiyə olunur.

Diqqət edilməli məqamlar

Hər nə qədər təbii olsa da, ana sirkəsinin həddindən artıq istifadəsi mədə narahatlığına səbəb ola bilər. Həmçinin bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Buna görə də müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Unutmayın ki, hər bədənin reaksiyası fərqli ola bilər.

Sirkə anası sağlamlığını təbii yollarla qorumaq istəyənlər üçün təsirli bir dəstəkdir. Lakin hər bir təbii məhsul kimi, diqqətlə və məlumatlı şəkildə istifadə edilməlidir. Əgər sağlam həyat tərzini təbii yolla dəstəkləmək niyyətindəsinizsə, ana sirkəsini pəhrizinizə daxil etməzdən əvvəl mütəxəssis məsləhətinə əsaslanmağınız tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
178
5
e-saglam.az

10Sources