EN

“Bakı Əyrici Toxucu”nun mənfəəti və gəlirləri kəskin azalıb - HESABAT

“Bakı Əyrici Toxucu” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 8 milyon 654 min manata bərabər olub ki, bu da  əvvəlki ilə nisbətən 2 milyon 606 min manat və ya 23% azdır.

 Cəmi əməliyyat xərcləri 7 milyon 605 min manat təşkil edib.

Şirkət ötən ili 242 min manat mənfəət vergisi ödənişindən sonra 713 min manat mənfəətlə başa vurub.

Halbuli 2023-cü ili 1 milyon 158 min manat mənfəət lə tamamlamışdı. Bu da illik müqayisədə mənfəətin 445 min manat və ya 38% azalması deməkdir.

Chosen
24
31
fed.az

10Sources