EN

Kofeyə limon sıxıb içmək nəyə faydalıdır?

Kofeyə limon sıxıb içmək nəyə faydalıdır?

Qəhvəyə limon sıxıb içmək -son zamanlar yenidən gündəmə gələn, əslində isə uzun illərdir tanınan bu limonlu qəhvə kürünün nə işə yaradığını öyrənmək istəyirsinizsə, doğru yerdəsiniz.

Qlobal.net bildirir ki, türk qəhvəsinə və ya digər qəhvə növlərinə limon sıxıb içdiyiniz zaman bədəninizdə nələr baş verdiyini öyrəndikdə həm təəccüblənəcək, həm də ehtiyac anında istifadə etmək üçün bu məlumatları bir kənara yazmaq istəyəcəksiniz. Limonlu qəhvə necə hazırlanır, necə istehlak edilir – bu detalları da yazımızda tapa bilərsiniz. Hazırsınızsa, başlayaq!


Qəhvəyə limon sıxıb içmək nəyə yaxşı gəlir?

Uzun illərdir tanınan bu üsul son dövrlərdə yenidən populyarlaşıb. Səbəb isə bədənə olan təsirləridir. Gəlin, qəhvəyə limon sıxıb içməyin faydalarına bir-bir baxaq:

  • Qəhvə tərkibindəki kofein, limon isə C vitamini ilə birləşərək baş ağrısını azalda bilir.

  • Xüsusilə miqren və bənzər səbəblərlə yaranan baş ağrılarını yüngülləşdirə bilər.

  • Limonlu qəhvə həzm sisteminin sağlam işləməsinə dəstək olur.

  • Bu səbəbdən xüsusilə qəbzliyə qarşı təsirli olduğu bilinir.

  • Bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir.

  • Metabolizmanı sürətləndirir.

  • Bu xüsusiyyəti ilə arıqlamaq istəyənlərə dəstək ola bilər, yağ yandırılmasını sürətləndirə bilər.

  • Limonun tərkibindəki C vitamini sayəsində limonlu qəhvə antioksidant baxımından zəngin bir içkiyə çevrilir.

  • İmmunitet sisteminin güclənməsinə kömək edir və orqanizmi sərbəst radikalların zərərlərindən qoruyur.

  • Həm qəhvədən, həm də limondan aldığı enerji ilə bədənə canlılıq verir.

  • Beynin sağlam işləməsinə və zehnin açıq qalmasına dəstək olur.


Limonlu qəhvə necə hazırlanır?

Ev şəraitində limonlu qəhvə hazırlamaq istəyirsinizsə, bu detalları bilməyiniz faydalı olar:

  • Qəbzlik problemini tez bir zamanda həll etmək üçün, bir çox insan quru qəhvənin üzərinə limon sıxaraq birbaşa qəbul etməyi seçir.

    • Bunun üçün 1 çay qaşığı üyüdülmüş qəhvənin üzərinə təzə limon suyu sıxmaq kifayət edir.

  • Limonlu qəhvənin bütün təsirlərindən faydalanmaq istəyənlər isə bir fincan qəhvə hazırlayıb içinə limon sıxaraq içirlər. Bu reseptdən istifadə edə bilərsiniz:

Limonlu qəhvə üçün lazım olanlar:

  • 1 fincan təzə dəmlənmiş qəhvə (Türk qəhvəsi, filtirə qəhvə və ya espresso ola bilər)

  • 1/2 limonun təzə sıxılmış suyu

  • İstəyə görə bal və ya şəkər

Hazırlanması:

  1. Qəhvənizi adi qaydada hazırlayıb fincana tökün.

  2. Üzərinə təzə sıxdığınız limon suyunu əlavə edin.

  3. İstəyə görə bu şəkildə sadə içə və ya içinə bal və ya şəkər əlavə edərək dadlandıra bilərsiniz. Şəfa olsun!


Limonlu qəhvə necə istehlak edilir?

Limonlu qəhvəni hazırladıq, indi isə istehlak etməzdən əvvəl bilməli olduğumuz son məqamlar:

  • Limonlu qəhvə ac qarına deyil, tox qarına içilməlidir.

  • Səhər yeməyindən sonra və ya ara yeməklərdən sonra içilə bilər.

  • Gündə 1 dəfədən çox içilməməlidir.

  • Əks halda mədə ağrısı, yanması, reflü kimi problemlər və yan təsirlər yarana bilər.

  • Hazırladığınız limonlu qəhvəni damaq zövqünüzə uyğun olaraq isti, ilıq və ya soyuq içə bilərsiniz.

  • Zövqə görə müxtəlif şirinləşdiricilər də əlavə edə bilərsiniz.

  • Əgər mütəmadi istifadə etdiyiniz dərmanlar varsa, həkiminizlə məsləhətləşmədən limonlu qəhvə içməyə başlamamalısınız.

Nəticə olaraq: Limonlu qəhvənin müsbət təsirləri olduğu qədər mənfi təsirləri də ola bilər. Ona görə də mütəmadi istifadəyə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməli və onun tövsiyələrinə əsasən hərəkət etməlisiniz. Əgər həkiminiz sizin üçün uyğun hesab etməzsə, qətiyyən istifadə etməyin.

Fidan
Qlobal.net

Chosen
90
8
qlobal.net

9Sources