Okeaniyanın eyniadlı arxipelaqında, Tonqa Krallığının sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ saat 20:03-də (Bakı vaxtı ilə 00:03) 22,4 min insanın yaşadığı krallığın paytaxtı Nuku'alofadan 635 km cənub-qərbdə, 263 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.