BAKI, 24 may. TELEQRAF
Gecə saatlarında Rusiyanın bölgələrində, əksəriyyəti Belqorod vilayəti üzərində olmaqla 94 Ukrayna PUA-sı məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya hərbi aviasiyası Belqorod vilayətində 64, Bryansk vilayətində 24, Kursk və Lipetsk vilayətlərində 2, Voronej və Tula vilayətlərində 1 PUA vurulub.
Ukrayna Hərbi hava Qüvvələri Lipetsk vilayətinin Yelets şəhərində sənaye zonasını bombardman edib.