AZ

İsrail silahı qüvvələri diplomatlara ATƏŞ AÇDILAR

Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrail hərbçiləri müxtəlif ölkələrdən 25 səfir və diplomatın daxil olduğu diplomatik nümayəndə heyətinə təsadüfən xəbərdarlıq atəşi açıb.

İsrail ordusunun məlumatına görə, nümayəndə heyəti təsdiq edilmiş marşrutdan çıxıb və aktiv döyüş bölgəsinə daxil olub. Atəş diplomatlar onları İsrail qüvvələrinin mövqelərindən ayıran qapıya yaxınlaşarkən açılıb.
 

İsrail rəsmiləri baş verənlərin anlaşılmazlıq olduğunu vurğulayaraq hadisədən təəssüfləndiyini bildirib və istintaqa başlayıb.


Qeyd edək ki, baş verən hadisə ilə bağlı İtaliya, Fransa, Belçika və İspaniyanın xarici işlər nazirlikləri hadisəni pisləyib və İsraildən rəsmi izahat tələb ediblər.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr