AZ

Küləkli hava şəraiti bu tarixədək davam edəcək

Milli Hidrometeorologiya Xidməti mayın 21-i saat 17:00-a olan faktiki havanı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Seçilən
0
42
yenisabah.az

10Mənbələr