AZ

Qətərin Baş naziri: Dohada Qəzza üzrə danışıqlar hələ ki heç bir nəticə verməyib

HƏMAS ilə İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması üzrə Dohada keçirilən bir neçə məsləhətləşmə raundu tərəflərin mövqelərinin yaxınlaşmasına gətirib çıxarmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani bildirib.

"Son bir neçə həftə ərzində Dohada keçirilən danışıqlar raundları, təəssüf ki, hələlik heç bir nəticə verməyib", - o, Qətər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, bir tərəf (HƏMAS) hərtərəfli razılaşmaya gətirib çıxara biləcək qismən sövdələşməyə nail olmağa çalışır, digər tərəf (İsrail) isə müharibəyə son qoymaq və bütün girovları azad etmək üçün birdəfəlik sövdələşmə əldə etmək niyyətindədir.

Qətər baş nazirinin fikrincə, əgər İsrail Qəzza zolağında əməliyyatı genişləndirərsə, bu, həm fələstinlilər, həm də anklavda qalan girovlar arasında daha çox qurbana səbəb olacaq, həmçinin müharibənin diplomatiya yolu ilə başa çatmasını təxirə salacaq.

Seçilən
0
1
report.az

10Mənbələr