AZ

Azərbaycan Gürcüstandan avtomobil idxalını 22% azaltdı

TBİLİSİ, 19 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 2 853 ədəd minik avtomobili ixrac olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.

Avtomobillərin ümumi dəyəri 79,8 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 802 ədəd və yaxud 22% azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 754 milyon ABŞ dolları dəyərində 29 485 ədəd avtomobil ixrac edilib. İxraca yönəldilmiş avtomobillərin 9,68%-i Azərbaycanın payına düşüb.

Seçilən
0
7
teleqraf.com

10Mənbələr