AZ

Azərbaycan millisinin voleybolçusu: Avropa Qızıl Liqasında hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır

Bakı, 19 may, AZƏRTAC

Komandamızın uğur qazanacağına böyük inamım var.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin liberosu Yuliya Kərimova Avropa Qızıl Liqasına hazırlıq prosesi ilə bağlı federasiyanın rəsmi saytına danışarkən deyib.

O, komandada əhvali-ruhiyyənin yüksək olduğunu bildirib: “Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya seçməsi ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu keçirdik. Hazırda hazırlıqlarımız Yunanıstanda davam edir. Burada bir neçə yoxlama oyunu keçirməyimiz nəzərdə tutulub. Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə millinin rəqibləri Macarıstan və Sloveniya kollektivləri olacaq.

 

 

 

 

 

Seçilən
0
1
azertag.az

10Mənbələr