AZ

Bu yollarda sıxlıq var - SİYAHI

Ajans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 11. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində; 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər); 14. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 15. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
49
Ajans.az

10Mənbələr