Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında İran İslam Respublikasında keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib.
O, öncə Tehran Dialoq Forumundakı çıxışından yazıb:
"Tehran Dialoq Forumunda "təkbətək" formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam".