"Bunların qarşısını almaq qeyri-mümkündür. Evdə qrip olanda da yayılır".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova deyib. Xanəndə atası, Xalq artisti Alim Qasımovun səhhəti ilə bağlı yayılan xəbərdən danışıb:
"Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar. Onu sildirdim, sağ olsunlar etdilər. Çox çətindir, gərək mərdimazara tuş gəlməyəsən".