Rusiyada uşaq qidası üçün bir sıra standartlar hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rosstandartın rəhbəri Anton Şalaev məlumat verib.
“Hazırda uşaq qidası və uşaq qidasında istifadə olunan inqrediyentlər üçün bütün standartlar xətti hazırlanır”, - deyən şöbə müdiri qeyd edib.
O bildirib ki, bu, standartlar vasitəsilə təmin edilməli olan təhlükəsizlik və keyfiyyət məsələlərinə aiddir.
O əlavə edib ki, Rusiyada hər il bütün mümkün sahələr üzrə 1700-ə qədər yeni dövlət standartı (DÖST) təsdiqlənir.