Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yeni görüntüləri yayılıb.
Axar.az Gencexeber.az-a istinadən xəbər verir ki, görüntülərdə Elgünün hadisə baş verən gün mağazaya getdiyi əks olunub.
Qeyd edək ki, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini, 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi, 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.